Renat Dadaşov Polşa klubunda - RƏSMİ

24.02.2025 16:18 305
Ölkə futbolu
Renat Dadaşovun Polşa "Radomyak"ına keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Müqaviləyə uzadılma variantı da daxildi.

Qeyd edək ki, Renat fevralın 20-də Türkiyənin "Ankaragücü" klubundan ayrılıb.

Xatırladaq ki, “Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.