Renat oynadı, Rahilin adı iştirak ərizəsinə salınmadı

14.03.2025 23:08 19
Dünya futbolu
Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” Polşa çempionatında növbəti qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, 25-ci turda "Lexiya"ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib. Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb.

Qarşılaşma "Radomyak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Radomyak" 31 xalla 12-ci sıradadı.