Rahilin komandası son çempiona uduzdu

27.07.2024 21:54 368
Dünya futbolu
Millimizin müdafiəçisi Rahil Məmmədovun yeni klubu "Radomyak" Polşa Ekstraklasasında 2-ci turun oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Radom təmsilçisi evdə son çempion "Yagelloniya" ilə qarşılaşıb. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Məmmədov "Radomyak"la 2 illik müqavilə imzalayıb.