Rahilin komandası uduzdu

15.09.2024 14:00 121
Dünya futbolu
Millimizin üzvü Rahil Məmmədovun formasını geydiyi "Radomyak" Polşa çempionatında 7-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Lexiya"nın qonağı olub və 0:1 hesabı ilə uduzub.

Məmmədov bu oyunda iştirak etməyib və sonadək ehtiyatda qalıb.

"Radomyak" Polşa çempionatında 7 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.