"İmarət" Bojoviçi qıcıqlandırmaq üçün "Samir Abasov" dedi - AÇIQLAMA

11.05.2024 12:00 222
Ölkə futbolu / Premyer-liqa / Manşet
Azərbaycan derbisində “Neftçi”nin darmadağın olması “Qarabağ” azarkeşlərinin ürəyincə idi.

Onlar matçın sonlarına yaxın “ağ-qaralar”a daha da təzyiq göstərərək qıcıqlandırıcı şüarlar səsləndirdilər. Necə deyərlər, 12-ci oyunçu funksiyasını yetərincə ideal səviyyədə yerinə yetirdilər. Fəqət səslənən şüarlardan biri daha çox diqqəti çəkdi.

“İmarət Tayfa”nın üzvləri vaxtilə “Neftçi”ni çalışdırmış və kluba çempionluq qazandırmış, hazırda isə “Sumqayıt”ın baş məşqçi postunda olan Samir Abasovun adını çəkdilər. Bəs nə üçün Samir Abasovun? Maraq doğuran şüara cavab tapmaq üçün fanklubun liderlərindən Elnur Quliyevlə əlaqə saxladıq:

“Bir sıra şüarlar səsləndirildi. O ki qaldı “Samir Abasov” şüarına, yəqin azarkeşlərimiz “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçi qıcıqlandırmaq üçün belə addım atıb”.

KAMAL SƏFƏR