Daha dəqiqi, ev sahiblərinin baş məşqçisi Samir Abasov geyindiyi köynəklə diqqət çəkdi. Təcrübəli mütəxəssis köynəyin futbolçuları tərəfindən ad günü münasibətilə ona hədiyyə verildiyini dedi.
Bəs, bu ideyanın müəllifi kim olub?
"Gənclər şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev "football-plus.az"ın sualını belə cavabladı:
"Həmin ideya bütövlüklə futbolçulara məxsus idi. Məşq prosesi zamanı danışıb ortaq qərar veriblər. Köynəyin üzərindəki yazılar Samir müəllimin məşq zamanı ən çox istifadə etdiyi sözlərdi. Hansısa vulqar ifadədən istifadə edilməmişdi. Doğrusu, bu barədə heç mənim də xəbərim yox idi. Futbolçular oyundan bir gün əvvəl keçirilən məşqdə hədiyyəni təqdim etdi. Məncə, gözəl ideya idi".
KAMAL SƏFƏR




