“Football-plus.az” qərb təmsilçisinin kapitanı Şəhriyar Əliyevdən acı məğlubiyyətin səbəblərini soruşub:
“Qarabağ” elə komandadı ki, kiçik səhvləri bağışlamır. Oyun başlayanda da yüksək təzyiqlə hücumlar edirdilər. Rəqibi yaxşı təhlil etmişdik. Boşluq verməməyə çalışdıq. Hesab 2:1 olana kimi ikinci qolu vura bilərdik. Əks-hücumlarda qolları buraxdıq. Bu da onu göstərir ki, həqiqətən də kiçik səhvlər bağışlanmır. Bu oyunu unudub, qarşıdakı oyunlara köklənməliyik”.
Kapitandan nə vaxt yaşıl meydana dönəcəyini də soruşduq:“Tam sağalmamışam. Zədəm çox ciddidi. Yəqin ki, bundan sonra üç həftə də oynamayacam. Həkimlər belə deyir”.
MÜZƏFFƏR QULUZADƏ





