"Mövsümdə ən ağır oyunlarımızdan birini keçirdik. "Sabah"ı təhlil etmişdik. Həqiqətən çox güclü heyətləri var, dinamik futbol sərgiləyən komandadı. İlk hissədə səhvlərə yol verdik, ardınca azlıqda qalmağımız oyun nizamımızı pozdu. Fasilədən sonra müəyyən qədər toparlanıb irəli atıldıq, qol da vurduq. Amma 10 nəfərlə "Sabah"a qarşı oynamaq və hesabı bərabərləşdirmək çox çətindi. Nəzərə alaq ki, rəqibimiz 6-cı turda güclü "Qarabağ"la azlıqda oynamasına rəğmən, çempiona çətin anlar yaşatdı. Səhvlərimizi nəzərdən keçirib növbəti oyunlara daha yaxşı hazırlaşacağıq".
ABDULLA İSMAYILOĞLU




