"Beynəlxalq arenada belə səhvlər bağışlanmır” - "Sürix"in kapitanı

28.07.2022 10:42 529
Çempionlar Liqası
“Sürix”in futbolçusu Yannik Brexer Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la oyunundan sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, qolkiper 2:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Belə olmasını istəməzdik. Bu gün oyunun taleyini xırda detallar müəyyənləşdirdi. Avropa arenasında matçlar belə olur.

İki axmaq qol buraxdıq. Səhvlər etdik. Beynəlxalq arenada belə səhvlər bağışlanmır”.


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a uduzan “Sürix” yoluna Avropa Liqasında davam edəcək. İsveçrə təmsilçisi burada Şimali İrlandiyanın "Linfild" klubu ilə üz-üzə gələcək. “Qarabağ” isə ÇL-in 3-cü raundunda Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq.