Marko Roze “Leyptsiq”i daha bir neçə il çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu baş məşqçi ilə müqaviləni yeniləyib.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, Rouz “Leyptsiq”i 2022-ci ilin sentyabrından çalışdırır. Komanda ötən mövsüm bundesliqanı 3-cü yerdə başa vurmaqla Çempionlar Liqasında oynamaq hüququ qazanıb.