Rozenin təyinatı rəsmiləşdi

10.09.2022 14:37 320
Dünya futbolu
“Leyptsiq”in yeni baş məşqçisi müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Gözlənildiyi kimi, komandanı Marko Roze çalışdıracaq. Mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, “Leyptsiq” Çempionlar Liqasında “Şaxtyor”a 1:4 hesabı ilə uduzandan sonra Domeniko Tedesko istefaya göndərilib. Onun yerini tutan 45 yaşlı Roze əvvəllər “Zaltsburq”, Münhenqladbax və Dortmund “Borussiya”larını çalışdırıb.