"Leyptsiq"in baş məşqçisi 1-4-dən sonra istefa verdi

7.09.2022 14:14 369
Dünya futbolu
"Leyptsiq" ötən gün Çempionlar Liqasının qrup mərhələsində evdə "Şaxtyor"a uduzmaqlarının (1:4) ardınan baş məşqçisi Dominika Tedesko ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Andreas Hinkel və Maks Urvançiki də "Leyptsiq"dən göndəriliblər.

Qeyd edək ki, Tedesko 2021-ci ilin dekabrından Almaniya klubunu çalışdırırdı.