Almaniya klubunda yeni müqavilə

21.06.2024 19:50 301
Dünya futbolu
Marko Roze “Leyptsiq”i daha çox çalışdıracaq.

“Football-plus.az” xəbər verir ki, Almaniya klubu baş məşqçi ilə müqaviləni yeniləyib. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədər artırılıb.

Roze “Leyptsiq”i 2022-ci ilin sentyabrından çalışdırır. Komanda onun rəhbərliyi altında 2022/23 mövsümdə Almaniya kubokunu və Almaniya superkubokunu qazanıb.