Almaniya klubunda istefa

3.06.2023 21:34 217
Dünya futbolu
Daniel Farke “Borussiya”nın baş məşqçi vəzifəsindən azad edilib.

"Football-plus.az" xəbər verir ki, bu haqda Münhenqladbax klubunun saytı məlumat yayıb.

Bundesiqa təmsilçisi mütəxəssislə qarşılıqlı razılaşma əsasında yolları ayırıb. Qeyd edək ki, Farke “Borussiya”nı 2022-ci il iyunun 4-dən çalışdırırdı.

Komanda onun rəhbərliyi altında son mövsüm bundesliqanı 10-cu yerdə başa vurub.