Yuray Kutska beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.
O, Slovakiya yığmasındakı çıxışını başa vurub. 38 yaşında milli forma ilə vidalaşmaq qərarına gəlib yarımmüdafiəçi bu haqda “keçdiyim yoldan məmnunam. Milli komandadakı ilk matçımı heç vaxt unutmayacağam. Bu, mənim üçün böyük təcrübə oldu. Yığmada 16 il keçirdim. Heç vaxt yalnız yaxşı anlar olmur, çətin anlar da yaşanır. Ancaq milli formada həmişə yadda qalacaq xatirələrim var” deyib.
Kutska yığmada 112 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. O, hazırda “Slovan”ın formasını geyir.