Milli forma ilə vidalaşdı

17.07.2024 19:25 350
Dünya futbolu
Cerdan Şakiri beynəlxalq karyerasını başa vurub.

“Çikaqo Fayr”da çıxış edən futbolçu İsveçrə yığmasındakı karyerasını başa vurub. Bu barədə 32 yaşlı vinger sosial şəbəkə hesabında məlumat verib.
Xatırladaq ki, AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Şotlandiya ilə oyununda qapıya yol tapan Şakiri Avropa çempionatı və dünya çempionatında ən azı 5 qol vuran 7 futbolçudan biridi.

Cerdan 2010-cu ildə milli komandada oynamağa başlayıb. O, 2022-ci ildən “Çikaqo Fayr”da çıxış edir.