Andres Quardado beynəlxalq karyerasını başa vurub.
O, Meksika yığmasındakı çıxışını dayandırmaq qərarına gəlib.
38 yaşlı yarımmüdafiəçi ABŞ ilə bir neçə gün əvvəl keçirilən yoldaşlıq matçında milli komandada sonuncu dəfə oynayıb. Meksika həmin oyunda 2:0 hesablı qələbə qazanmışdı. Quardado milli formada ilk dəfə 19 il əvvəl – 2005-ci ildə meydana çıxıb. O, ölkəsinin əsas komandasında 180 oyun keçirib və 28 qol vurub. “Atlas”ın yetirməsi olan Quardado 2007-ci ildən Avropada “Deportivo”, “Valensiya”, “Bayer-04” və PSV klublarında oynayıb. Bu il vətəninə qayıdan futbolçu hazırda “Leon”da çıxış edir.