Milli komanda ilə vidalaşdı

26.07.2024 22:09 365
Dünya futbolu
Domaqoy Vida beynəlxalq karyerasını başa vurub.

O, Xorvatiya millisindəki çıxışını dayandırıb. 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Hazırda AEK-də (Yunanıstan) çıxış edən mərkəz müdafiəçisi Xorvatiya yığmasında 2011-ci ildən oynayırdı. O, milli formada 103 oyun keçirib və 4 qol vurub.