AFFA İcraiyyə Komitəsinin 2025/26 mövsümündə Misli premyer-liqasına 1-ci liqadan gələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir il möhlət verməsindən xəbərdarsız.
Bu xüsusi qayda yalnız bu il premyer-liqaya yüksələcək komandalara şamil ediləcək.
Görəsən, bu ideya AFFA-dan gəlib, yoxsa “Karvan” və “İmişli” kimi elitanın tələblərinə uyğunlaşmaqda çətinlik çəkən aşağı dəstə klublarından?
Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq: