AFFA “Turan Tovuz”a “hə” deyəcəkmi?

30.12.2024 17:37 345
Aktual / Ölkə futbolu
“Turan Tovuz” adının dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət edib.

Ölkənin ali futbol qurumu məsələni araşdırandan sonra Tovuz klubuna “hə” və ya “yox” deməlidi. Bununla bağlı bilgi almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:

“Bəli, “Turan Tovuz” adının dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət edib. AFFA İcraiyyə Komitəsinin toplantısında məsələyə baxılıb və müsbət yanaşılıb. Bununla bağlı hüquqi prosedurlar araşdırılandan sonra kluba AFFA tərəfindən rəsmi cavab veriləcək”.

ƏSƏD SEYİDOV