Yayılan məlumatlara görə, strategiya əslində bu iclasda açıqlanmalıydı. Belçika şirkətlərinin AFFA-nın inkşaf strategiyasını hazırlamaqdan imtina etmək istədiyi haqda xəbərlər yayılıb. Guya ölkəmizdə futbol infrastrukturunun səviyyəsi həmin layihəyə uyğun deyil. Bu səbəbdən strategiyanın elan edilməsi yanvara ertələnib.
Bu xəbər nə dərəcədə doğrudu? Həqiqətənmi futbol infrastrukturu yeni strategiyanın tələblərinə cavab vermir? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli sualı belə cavabladı:
“Bu xəbər həqiqəti əks etdirmir. AFFA İcraiyyə Komitəsində də bu məsələ ilə bağlı müzakirələr getdi. Yanvarda strategiyanın ictimaiyyətə açıqlanması planlaşdırılır”.
ƏSƏD SEYİDOV





