“İcraiyyə Komitəsinin iclası ayın 15-dək olmalıdı” – hamının gözlədiyi cavab gəldi

10.05.2024 13:00 414
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, aprelin 2-də AFFA-nın yeni rəhbərliyi seçilib.

Futbol ictimaiyyəti yeni rəhbərlikdən çox şey, daha dəqiqi, islahatlar dalğası gözləyir. Bu mənada İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası bir çox məsələyə aydınlıq gətirməlidi. Bəs həmin iclas nə vaxt olacaq? “Football-plus.az” bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət edib:

“AFFA İcraiyyə Komitəsinin iclası ayın 15-dək olmalıdı. Yaxın günlərdə tarix dəqiqləşən kimi məlumat veriləcək”.

ƏSƏD SEYİDOV