AFFA İcraiyyə Komitəsinin növbəti iclası səbirsizliklə gözlənilir. Axı aşağı yaş qrupları üzrə əksər yığmaların baş məşqçilərinin adına aydınlıq gələcək. Başqa vacib məsələlər də müzakirə oluna bilər.
Bəs, bu vacib və gözlənilən iclas nə zaman olacaq? Bunu öyrənmək məqsədi ilə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. O, saytımıza açıqlamasında tarixin hələ bəlli olmadığını, iclasın yaxın günlərdə olacağını söylədi.
ƏSƏD SEYİDOV
Gəlsin, yeni baş məşqçilərin adı gəlsin!
Ölkə futbolu / Aktual





