AFFA İcraiyyə Komitəsinin iclası nə vaxt keçiriləcək? - AÇIQLAMA

10.05.2023 17:11 509
Ölkə futbolu
2022/23 mövsümü başa çatmaq üzrədi. Premyer-liqanın sonuna 3 tur qalıb.

Adətən, hər mövsümün sonunda AFFA İcraiyyə Komitəsinin iclası keçirilir. Toplantıda cari mövsümün yekunları müzakirə olunur və növbəti “futbol ili” ilə bağlı vacib qərarlar açıqlanır. AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov da “Futbol+”ə müsahibəsində növbəti iclasın tezliklə baş tutacağını demişdi.

Görəsən, komitə üzvləri konkret nə vaxt bur araya gələcək. Masada hansı məsələlər müzakirə olunacaq?

"Football-plus.az" olaraq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdullanın cavabı belə oldu:

“Hər il olduğu kimi, bu mövsümün sonunda da İcraiyyə Komitəsinin iclası baş tutacaq. Dəqiq tarix bəlli deyil. Ya mayın sonu, ya da iyunun əvvəlində keçirilməsi nəzərdə tutulub. Hələ ki iclasın gündəliyi də müəyyələşməyib”.


KƏNAN BAHADIR