“Real”ın qapıçısı qayıtmağa hazırdı

2.03.2025 16:06 176
Dünya futbolu
Tibo Kurtua yenidən milli formanı daşımağa hazırdı.

"Football-plus.az" xəbər verir ki, “Real”ın qapıçısı Domeniko Tedeskonun baş məşqçi vəzifəsindən istefaya göndərilməsindən sonra Belçika yığmasına qayıtmaq niyyətindədi.

“Marca” qəzetinin xəbərinə görə, baş məşqçi vəzifəsinə yenicə təyinat alan Rudi Qarsiya təcrübəli futbolçunu mart ayında keçiriləcək rəsmi oyunlara dəvət edəcək.

Xatırladaq ki, 31 yaşlı Kurtua iki il əvvəl Tedesko ilə münasibətlərinin pozulmasına görə milli komandadakı çıxışını başa vurmuşdu. O, indiyədək Belçika yığmasında 102 oyun keçirib və 51 matçda qapısını toxunulmaz saxlayıb.