U-19 Monteneqro ilə üz-üzə - AÇ-2027

11.11.2026 12:33 0
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

"Football-plus.az" xəbər verir ki, gənclər bu gün Serbiyanın Belqrad şəhərində keçirilən B Liqasının 1-ci qrupunda Monteneqro ilə qarşılaşacaq. 2-ci seçmə mərhələnin açılış oyununun baş hakimi belçikalı Lodar Dondt olacaq.

Görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. Bu, Elgiz Kərəmlinin U-19-un baş məşqçisi kimi ilk seçmə oyunu olacaq.

Avropa çempionatı
2-ci seçmə mərhələ, 1-ci qrup
11 noyabr
Azərbaycan (U-19) - Monteneqro (U-19)

Hakimlər: LOTAR DONDT, Niko Klaeç (hər ikisi Belçika), Jelko Dyuriç, Mladen Yakovleviç (hər ikisi Serbiya).
Belqrad. "Vozdovac" stadionu. Saat 14.00.

Komandamız qrupda növbəti oyunlarını noyabrın 14-də Serbiyaya, 17-də isə Farer Adalarına qarşı keçirəcək.