Tezliklə istefaya göndəriləcək

6.12.2024 15:59 464
Dünya futbolu
Domeniko Tedesko tezliklə isizə çevriləcək.

Onun Belçika yığmasının baş məşqçi vəzifəsindən istefaya göndəriləcəyini Saşa Tavolyeri xəbər verib. Jurnaistin X sosial şəbəkəsindəki hesabında yaydığı məlumata görə, Belçika Kral Futbol İttifaqının rəhbərliyi milli komandanın uğursuz çıxışı səbəbi ilə Tedeskonun müqaviləsini pozmaqda qərarlıdı.

Belçika yığması yenicə sona çatan Millətlər Liqasında A liqasının 2-ci qrupunda Fransa və İtaliyadan sonra 3-cü yeri tutub. Bu nəticə isə komandanın A liqasındaı yerini qoruması üçün pley-off oyunlarında iştirakını qaçılmaz edir.