Almaniya ilə oyunu buraxacaq

28.03.2023 16:08 254
Dünya futbolu
Belçika yığması Almaniya ilə yoldaşlıq matçında aparıcı oyunçularından birindən yararlana bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, komandanın əsas qapıçısı Tibo Kurtua bu gün keçiriləcək oyunu buraxacaq. Yığmanın baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün İsveçlə ilk seçmə matçında (3:0) iştirak edən “Real”ın oyunçusuna istirahət vermək qərarına gəlib.

Xatırladaq ki, Belçika yığmamızın qitə çempionatının seçmə qrupundakı rəqiblərindən biridi.