"Azarkeşlər üçün heç də maraqsız oyun olmadı" - Qurban Qurbanov

27.02.2025 19:00 426
Ölkə futbolu / Manşet
"Qarabağ" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail”i məğlub etdi - 3:1.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə adladıq. Havanın soyuq olmasına baxmayaraq, meydanda ciddi idilər. Ümumən, azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- 3-cü qolda VAR-ın bu qədər uzanmasının səbəbi nə idi?
- Epizodu çox incələmək lazım idi. Epizodu mən də izlədim.

- Avrokubok və yerli çempionat oyunlarında topun oyunda qalmaq dəqiqələri arasında böyük fərq olduğunu demişdiniz. İndi vəziyyət necədi?
- Xeyr, hələ aşağıdı. Ən azından 8-10 dəqiqə fərq edir.

ƏSƏD SEYİDOV