"Səbail" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ”a məğlub oldu - 1:3.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in köməkçi məşqçisi Elvin Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Kubok oyunu bizim üçün təcrübə idi. Futbolçulara təşəkkür edirəm. Oyunlarımızda artım var. Bu bizi sevindirir. Qarşıdakı çempionat oyununa hazırlaşırıq.
- Çempionatda “Şamaxı” ilə qarşlışacaqsız…
- Məqsədimiz liqada qalmaqdı. 6 xallıq oyundu və bunun fərqindəyik. Əlimizdən gələni edib, xallar yığıb, premyer-liqada qalmaq istəyirik.
ƏSƏD SEYİDOV