İtaliya klubunda yeni təyinat

25.02.2025 11:19 214
Dünya futbolu
“Parma”ya yeni baş məşqçi təyin edilib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Fabio Pekkya bazar ertəsi işindən azad edilmişdi. 51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilmişdi.

“Parma”ya 2022-ci ilin yayında təyinat alan və komandanı ötən il B seriyasının qalibi olmaqla A seriyasına qaytaran Pekkyanın yerini Kristian Kivu tutub. Rumıniyalı mütəxəssis ilə bağlanan müqavilənin şərtləri haqda rəsmi məlumat verilmir.

Məşhur jurnalist Nikolo Skira isə müqavilənin 6 aylığa reallaşacağını və komanda A seriyasında qalacağ halda müddətin artırılacağını xəbər vermişdi. Kivunun sonuncu iş yeri ötən yay sıralarını tərk etdiyi “İnter” olub.

“Parma” hazırda ölkə çempionatının turnir cədvəlində 20 xalla 18-ci yeri tutur.