İtaliya klubunda yeni müqavilə

28.10.2024 20:50 274
Dünya futbolu
“Parma” rəhbərliyi Fabio Pekkyanın fəaliyyətindən razıdı.

Bu səbəbdən 51 yaşlı mütəxəssis ilə müqavilə yeniləyib. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Yeni sözləşmənin müddəti 2027-ci il iyun ayının sonuna kimi nəzərdə tutulub.

Pekkya baş məşqçi vəzifəsinə 2022-ci ilin avqustunda təyinat alıb. Komanda onun rəhbərliyi altında ötən mövsüm A seriyasında oynamaq hüququ qazanıb.