Medina özünü də "yandırdı", "Qarabağ"ı da

19.02.2025 15:43 289
Ölkə futbolu
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kevin Medinanı cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Misli premyer-liqasının 23-cü turunda "Neftçi" ilə matçın 22-ci dəqiqəsində Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Ona görə də 31 yaşlı müdafiəçi 2 oyunluq cəzalandırılıb. “Qarabağ” isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, Azərbaycan derbisi Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.