AFFA "Sabah"ın məşqçisini cəzalandırdı

23.10.2024 13:09 312
Ölkə futbolu
"Sabah"ın köməkçi məşqçisi Saşa Sablyak cəzalandırılıb.

"Football-plus.az" xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında belə qərar qəbul edilib.

Buna səbəb onun Misli premyer-liqasının 10-cu turunda “Zirə” ilə matçın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitməsi olub. Sablyak həmin vaxt birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi mütəxəssisin 1 oyun şərti olmaqla 2 oyun cəzalanmasına qərar verib. “Sabah” isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb.