1-ci liqa klubunun futbolçusu və həkimi cəzalandırıldı

12.02.2025 15:28 287
Ölkə futbolu
AFFA İntizam Komitəsi “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadəni və futbolçusu Əli Kərimovu cəzalandırb.

"Football-plus.az" xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib.

1-ci liqada 13-ü turun “Mingəçevir”lə matçının 75-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə hakimləri təhqir edib və birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən də 5 oyunluq cəzalandırılıb. “Qaradağ Lökbatan” hadisəyə görə 400 manat cərimə edilib.

Eyni matçın 76-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın 1 nömrəli futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. AFFA İntizam Komitəsi buna görə onu 4 oyunluq cəzalandırıb. Klub isə 300 manat cərimələnib.