• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bahalı izahverən - KÖŞƏ

Manşet / Yazarlar

20-02-2025, 09:0

Hazırda “Fənərbaxça”nı çalışdıran Joze Mourinyo birvaxtlar “Real”ın baş məşqçisi idi. Onun komandası Çempionlar Liqasında Dortmund “Borussiya”sıyla qarşılaşmalıydı. Həlledici görüşdən öncə Mourinyo Almaniyaya yollanmış, “Borussiya”nın nəyə qadir olduğunu yerində görmək üçün rəqibin oyununu canlı izləmişdi. Bunu eşidən dortmundluların o vaxtkı baş məşqçisi Yürgen Klopp da zarafatından qalmamışdı. Alman çalışdırıcının Jozeyə mesajı təxminən belə idi:

“Mourinyonun bu qədər yol qət edib əziyyət çəkməsinə gərək yox idi, mənə zəng vursaydı, ona yaxşı komanda olduğumuzu deyərdim”.

Həmin qarşılaşmanın necə nəticələndiyini çoxdan unutmuşam. Amma Kloppun sözləri tək mənim yox, çoxlarının yaddaşına həkk olunub.

Sözümün canına keçim. AFFA Belçikadan Frank De Blekereni Azərbaycana dəvət edib. Əcnəbi mütəxəssisi AFFA Hakimlər Komitəsinə sədr təyin edib. Siz də bilirsiz ki, De Blekere AFFA-nın ürək qızdırıb, etimad göstərdiyi ilk əcnəbi mütəxəssis deyil. Ondan əvvəlki iki sədr də qeyri-azərbaycanlı olub. 2018-ci ilin sentyabrında avstriyalı Frits Ştuxliki Xaqani Məmmədovun yerinə gətirdilər. Elxan Məmmədov həmin vaxt iddia edirdi ki, avstriyalı sədr Azərbaycan hakimliyinin beynəlxalq arenaya çıxışını təmin edəcək, onun sayəsində UEFA bizim ədalət təmsilçilərinə daha çox etimad göstərməyə başlayacaq.

Eşitdik, amma inanmadıq. Elə zaman da sübut etdi ki, Elxan Məmmədovun digər sözləri kimi, bu sözünə də inanmamaqla düz etmişik. Çünki bizim hakimlikdə dəyişən heç nə olmadı, UEFA-nın azərbaycanlı hakimlərə münasibəti necə idisə, elə də qaldı. Bir az pisləşdi belə.

Bu minvalla Ştuxlik Azərbaycanda 4 ilə yaxın yağ içində böyrək kimi bəsləndi. Düz 2022-ci iyununa qədər adam Bakıda kef çəkdi. Heç də təsadüfi deyildi ki, gedərkən verdiyi müsahibədə Azərbaycanda keçirdiyi günləri unutmayacağını da dedi. Kim unudar ki?! Amma onun uğursuz fəaliyyəti belə AFFA-nın əcnəbi sevdasını bitirmədi. Növbə türkiyəli qardaşlarımıza çatdı, Ştuxliki Barış Şimşək əvəzlədi. Yox, gələn gedənə rəhmət-filan oxutmadı. Hər şey elə necə var idisə, elə də qaldı. Azərbaycan hakimliyi irəli-geri ləngər vurdu, səhvlər, qərəzlər bitib-tükənmək bilmədi. Barış bəyin bəxti onda gətirdi ki, premyer-liqada elə də ciddi rəqabət yaşanmırdı, yoxsa belə biabırçı idarəçiliyin, hakim səhvlərinin axırı qanla bitərdi. Onun dövründə hakimlərimiz əsasən “Sumqayıt”ı avrokuboklara vəsiqə verən yerə “dartmaq” üçün canfəşanlıq etdilər, sonda da məqsədlərinə nail oldular. Haqqı daha çox yeyilən “Neftçi” isə səsini o qədər də ucadan çıxarıb, ciddi etiraz etmədi. Bunun da səbəbi hamıya məlum idi.

Dərd orasıdı ki, Şimşək boyda uğursuzluq, bərbad seçim də AFFA-nı qəflət yuxusundan oyatmadı. Barış Şimşəkdən sonra ciddi islahatların aparılacağına, hakimlikdə yeni mərhələyə qədəm qoyacağımıza bəslənən ümidlər doğrulmadı. Avstriyalı və türkdən sonra AFFA-nın səxavətindən dadmaq növbəsi belçikalı Frank De Blekereyə çatdı. “Sportlife.az” saytının yazdığına görə De Blekere AFFA-dan hər ay 20 min dollar məvacib alır. AFFA bu məlumatı təkzib etməyə də gecikməyib. Amma ortaya həqiqi rəqəmi qoymayıb ki, “buyurun, baxın filan qədər maaş qarşılığında De Blekere bizim futbolumuza xidmət edir” desinlər.

Bu maaşgizlətmə məsələsi futbolumuzun ağrılı yerlərindəndi. Gələcək yazılarımızda mövzuya yenidən toxunmağı düşünürəm. Lap 20 min olmasın, 15 min olsun. Habil Əliyev demişkən, bu belçikalıya fəaliyyətsizliyinə görə heç 5 min dollar da düşmür. Adamın heç bir əməli işi görünmür. İşi-gücü hakim səhvlərini malalamaq, hər turdan sonra bir açıqlama yayıb, həftəni yola verməkdi. Soruşan yoxdu ki, cənab sədr, bir ətək pul alırsız, niyə hakimlərimiz bu qədər səhv edir? Hanı sizin ortaya çıxardığınız yeni adlar, hakimliyimizin inkişafını niyə görmürük?

Qaydaları izah edib, hakimlərin düz və ya səhv qərar verdiyini iş-işdən keçəndən sonra izah etməyi hamı bacarar. Bunun üçün xaricdən adam gətirib, ona valyuta ilə məvacib verməyə də ehtiyac yoxdu. Qoy onun yerində yerli kadrlardan kimsə otursun, Azərbaycan futboluna xidmət etsin. Belə bahalı izahverəni isə ölkəsinə yola salmaq lazımdı. Yubanmayın!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-07-2024, 14:0

AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssis sədr təyin olundu

Dünya futbolu

6-10-2024, 11:0

Klopp ordenlə təltif olundu

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
Daha çox
Oxunub: 328
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 107
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə