“Bavariya”nı tərk etdi

6.02.2025 21:22 252
Dünya futbolu
Matis Tel “Bavariya”nı tərk edib. Almaniya klubu futbolçunu icarəyə göndərib.

Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, 19 yaşlı hücumçu karyerasını “Tottenhem”də davam etdirəcək. Matislə müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. “Tottenhem”in onu yayda 60 milyon avroya almaq imkanı da var.

Matis bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.