O da Səudiyyə Ərəbistanına yollandı

2.02.2025 23:50 240
Dünya futbolu
Avropadan Səudiyyə Ərəbistanına yollanan futbolçuların sırasına Vanderson Qaleno da qoşulub.

“Portu” vingerini satıb. 27 yaşlı braziliyalı futbolçu “Əl-Əhli”yə keçib. Onunla bağlanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Səudiyyə Ərəbistanı klubu bu transferə görə 50 milyon avro ödəyib.

Qaleno “Portu”da 2016-cı ildən çıxış edirdi. O, bu mövsüm 31 oyun keçirib, 12 qol vurub və 3 qolun ötürməsini verib.