İtaliyadan Səudiyyə Ərəbistanına yollandı

6.09.2024 18:05 146
Dünya futbolu
“Roma”nın futbolçusu Kris Smollinq klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, o, Səudiyyə Ərəbistanın “Əl-Feyxa” klubuna keçib. 34 yaşlı ingiltərəli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Smollinq “Roma”da 2019-ci ildən çıxış edirdi. O, paytaxt klubunda 155 matça çıxaraq 10 qol vurub və 4 qolun ötürməsini edib.