Yannik Ferreyra Karrasko da bundan sonra Səudiyyə Ərəbistanında oynayacaq.
"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun təcrübəli futbolçusu “Əl-Şəbab”a transfer olunub.
Belçikalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb. İspaniya klubu transferə görə 15 milyon avro təzminat alıb. 30 yaşlı Karrasko “Atletiko”da 2020-ci ildən çıxış edirdi. O, bu komandada 266 oyun keçirib, 47 qol vurub və 45 məhsuldar ötürmə edib.
“Betis”in müdafiəçisi Luis Felipe də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, “Əl-İttihad”a keçib. Klubun mətbuat xidmətinin məlumatında 27 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Luis bu mövsüm İspaniya La Liqasında 4 matç keçirib.
Demeray Qrey də Asiya ölkəsinə üz tutub. “Everton” futbolçusunu “Əl-İttifaq”a satıb. Klubun saytı 27 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalandığını xəbər verib. Transferin məbləği isə açıqlanmayıb. Qrey ötən mövsüm liverpulluların heyətində 36 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.