Premyer-liqanın 23-cü turunda əksər nəhənglər qələbə qazandı. Düzdü, ikisi – “Mançester Siti” ilə “Çelsi” şəxsi dueldə üz-üzə gəldi və qələbəni “şəhərlilər” bayram etdi.
"Football-plus.az" xəbər verir ki, lider “Liverpul” “İspviç”i darmadağın etdi, “Arsenal” isə bir qolla kifayətləndi. Elə “Mançester Yunayted” də təsadüfi qolla qələbə qazandı. “Tottenhem”in məğlubiyyətləri isə artıq heç kimi təəccübləndirmir.
Premyer-liqanın şəriksiz lideri ilə aşkar autsayderinin duelində hansısa intriqa gözləməyə dəyməzdi. Yalnız ötən tur evdə “Mançester Siti”dən 6 top buraxan “topçular”ın bu dəfə neçə dəfə məyus olacağı sual doğururdu. Bəlkə də hansısa tərəqqidən söz açmağa dəyər, axı “Liverpul” 4 qolla kifayətləndi. Hərçənd hücumçular bir tərəfə, təkcə elə Aleksander-Arnold dubl edə bilərdi. Oyunun taleyi fasiləyə qədər həll olundu. Qapıya bir zərbə də vurmayan qonaqlar hesabda 0:3 geri düşdülər. Soboslai və Qakpo fərq yaratdı, Diasla Salah isə bir qədər kölgədə idi. Fasilədən sonra da oyunun məzmunu dəyişmədi. “Liverpul” topa nəzarət edir, təhlükəli vəziyyətlər yaradırdı. Ancaq 2-ci hissədə cəmi bir qol vurmaq mümkün oldu. Qonaqların da haqqını yeməyək. Heç olmasa, sonda təsəlli qolunu vura bildilər.
Liderin ən yaxın izləyicisi “Arsenal” səfərdə çətin qələbə qazandı. “Vulverhempton”la o qədər də baxımlı alınmayan oyunda hadisələrin axarı istənilən komandanın xeyrinə dəyişə bilərdi. İlk yarıda Sarabiyanın vurduğu zərbə qapının üstündən keçdi, qonaqlardan isə Havert isə iki yaxşı imkanı boşa verdi. Fasilə ərəfəsində referi Maykl Oliver Lüis-Skellini meydandan qovmaqla odun üzərinə yağ tökdü. Sözsüz, “Arsenal”ın müdafiəçisi kobud oynamışdı, ancaq birbaşa “qırmızı”ya əsas verəcək dərəcədə yox. Maraqlıdı ki, “topçular” azlıqda daha yaxşı oynadı. Haverts 3-cü şansdan da yararlana bilmədi, “canavarlar”dan Kunya iki dəfə hesabı açmağa yaxın oldu. Joao Qomes 70-ci dəqiqədə 2-ci “sarı” ilə qovulandan sonra heyətlər bərabərləşdi. Bir neçə dəqiqə sonra Kalafyori qələbə topunu vurdu. “Arsenal” bu komanda üzərində cari mövsümdəki 2-ci “quru” qələbə sayəsində “Nottingem Forest”dən 3 xal uzaqlaşdı.
“Meşəçilər”in 8 oyunluq məğlubiyyətsiz seriyasını “Bornmut” darmadağınla qırdı. Bu komandanın heyətində əvvəllər Klyuvert het-trik edirdisə, bu dəfə niderlandlı forvard hesabı açandan sonra estafeti Uattaraya verdi. Burkina-Fasodan olan yarımmüdafiəçi 2-ci hissədə üç qol vurdu.
MS Parisdəki fiaskoya görə azarkeşlər önündəki “günahını yudu”. “Şəhərlilər” turun mərkəzi oyununda evdə “Çelsi”ni məğlub etdi. Özü də onlar əzmkar qələbə qazandı. Qvardiola gözlənilmədən start heyətində iki debütantı – Marmuşla Xusanovu buraxmışdı. Misirli yeni komandasındakı ilk oyunda yaxşı təsir bağışladısa, özbək müdafiəçi həyəcanın öhdəsindən gələ bilmədi. Abdukodir oyunun əvvəlində topu Edersona ötürərkən səhvə yol verdi ki, bu da hesabın açılmasıyla nəticələndi. Xusanov tezliklə sarı vərəqə də aldı. Müdafiəçi tədricən sakitləşdi və oyunu qaydasına düşdü, bununla belə, Qvardiola 2-ci hissənin əvvəlində onu əvəzlədi. MS uğursuz başlanğıcdan sınmadı, hissənin ortalarına doğru təşəbbüsü ələ keçirdi. Fasiləyə az qalmış Qvardiola oyunun məntiqi axarına uyğun olan qol vurdu. Mançesterlilər 2-ci hissədə də təşəbbüsü əldən verməyərək müntəzəm rəqib müdafiəsini narahat etdi. Londonlular keyfiyyətli əks-hücumlar qurmağa çalışır, ancaq son mərhələdə onların oyununda yaradıcılıq çatışmırdı. 2-ci hissənin ortalarında MS irəli çıxdı. “Çelsi”nin qapıçısı topa çıxarkən Xusanovdan da betər səhvə yol verdi və Holann dərhal bundan yararlandı. “Çelsi” sonda topa daha çox nəzarət etsə də, yenə də iti hücumlar qura bilmirdi. Əvəzində meydan sahibləri final fitinə yaxın nümunəvi əks-hücum qurdu və Foden komandasının 3-cü qolunu vurdu. MS bu əzmkar qələbə sayəsində “Çelsi”ni arxada qoyaraq “ÇL zonası”na qayıtdı.
Mançesterin digər təmsilçisi “Fulhem”lə səfər oyununda da sönük təsir bağışladı. “Yunayted” 75 dəqiqə ərzində hücumda heç nə ilə yadda qalmadı. Sonra Martines cərimə meydançası önündən təsadüfi zərbə vurdu. Müdafiəçidən səkən topa Leno reaksiya göstərsə də, o tirə dəyib tora düşdü. “Bağbanlar” daha maraqlı oyun göstərdi, bir neçə dəfə Onananı narahat etdi. Ancaq onlar da yalnız hesabda geri düşəndən sonra ayıldılar. Mankunianlar sonda daha bir qol vursalar da, ofsayd Dyallonun sevincini gözündə qoydu. MY qələbə sayəsində turnir vəziyyətini bir qədər düzəltsə də, oyun səviyyəsi yenə narahatlıq doğurur.
Evdə “Lester”ə uduzan “Tottenhem”in qara günləri davam edir. Baxmayaraq ki, hesabı məhz “mahmızlar” açmışdı. 2-ci hissənin lap əvvəlində veteran Vardi bərabərlik qolunu vurdu. Bir neçə dəqiqə sonra isə Əl-Hannus “tülkülər”i irəli çıxardı. “Lester” təhlükəli zonadan bir qədər uzaqlaşdısa, “Tottenhem” cari mövsümdə premyer-liqada 13-cü dəfə uduzdu. Postekoğlunun istefa xəbəri hər an gələ bilər.
Turun qalan oyunlarına gəlincə, “Nyukasl” “Sauthempton”la səfər oyununda əzmkar qələbə qazandı. “Brentford” isə səfərdə “Kristal Pelas”dan üstün oldu. “Aston Villa” ilə “Vest Hem” qalibi müəyyənləşdirə bilmədi. “Everton” ardıcıl 2-ci qələbəsini “Brayton” üzərində qazandı.
23-ci tur
Liverpul – İpsviç 4:1
Soboslai, 11. Salah, 35. Qakpo, 44; 66 – Qrivz, 90. (60420)
Liverpul: Alisson, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson, Qravenberx (Endo, 68), Makallister (Danns, 80), Salah, Soboslai (Elliott, 68), Dias (Kyeza, 86), Qakpo (Nunyes, 68).
Vulverhempton – Arsenal 0:1
Kalafyori, 75. (31503)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli, Nvaneri (Kalafyori, 46), Parti, Rays, Martinelli (Tirni, 87), Haverts, Trossar.
Mançester Siti – Çelsi 3:1
Qvardiol, 42. Holann, 68. Foden, 87 – Madueke, 3.
MS: Ederson, Akanci, Xusanov (Stounz, 54), Qvardiol, Nunyeş, Kovaçiç, Gündoğan, B.Silva, Marmuş (De Bruyne, 74), Foden, Holann.
Çelsi: Sançes, Ceyms (Hüsto, 73), Koluill, Çaloba, Kukurelya, Kaysedo, Fernandes, Madueke, Palmer, Sanço (Neto, 73), Cekson (Nkunku, 61).
Fulhem – Mançester Yunayted 0:1
Martines, 78. (27288)
MY: Onana, De Liqt (Yoro, 58), Maquayr, Martines, Mazraui (Malasia, 81), Uqarte (Kollyer, 76), Fernandeş, Dalot, Dyallo, Qarnaço (Maynu, 81), Heylunn (Zirkzee, 58).
Tottenhem – Lester 1:2
Rişarlison, 33 – Vardi, 46. Əl-Hannus, 50. (61295)
Tottenhem: Kinski, Porro, Drequşin, Qrey (Lankşir, 90+4), Devis, Berqvall, Sarr (Regilon, 54), Bentankur, Kulusevski, Rişarlison (Mur, 54), Son Hın Min.
Bornmut – Nottingem Forest 5:0
Klyuvert, 9. Uattara, 55; 61; 87. Semenyo, 90+1. (11228)
Brayton – Everton 0:1
Ndiay, 42-p.
Sauthempton – Nyukasl 1:3
Bednarek, 10 – İsak, 26-p.; 30. Tonali, 51. (31141)
Kristal Pelas – Brentford 1:2
Esse, 85 – Mbemo, 66-p. Şade, 80. (25066)
Aston Villa – Vest Hem 1:1
Remzi, 8 – Emerson, 70. (41628)
1. Liverpul 22 16 5 1 54-21 53
2. Arsenal 23 13 8 2 44-21 47
3. Nottingem F. 23 13 5 5 33-27 44
4. Mançester S. 23 12 5 6 47-30 41
5. Nyukasl 23 12 5 6 41-27 41
6. Çelsi 23 11 7 5 45-30 40
7. Bornmut 23 11 7 5 41-26 40
8. Aston Villa 23 10 7 6 34-35 37
9. Brayton 23 8 10 5 35-31 34
10. Fulhem 23 8 9 6 34-31 33
11. Brentford 23 9 4 10 42-40 31
12. Mançester Y. 23 8 5 10 28-32 29
13. Kristal Pelas 23 6 9 8 26-30 27
14. Vest Hem 23 7 6 10 28-44 27
15. Tottenhem 23 7 3 13 46-37 24
16. Everton 22 5 8 9 19-28 23
17. Lester 23 4 5 14 25-49 17
18. Vulverhempton 23 4 4 15 32-52 16
19. İpsviç 23 3 7 13 21-47 16
20. Sauthempton 23 1 3 19 16-53 6
Bombardirlər: Salah (Liverpul) - 19, Holann (MS) – 18, İsak (Nyukasl) - 17, Palmer (Çelsi), Vud (Nottingem Forest), Mbemo (Brentford) – 14.
Turun rəqəmi
60420 – “Liverpul”un “İpsviç”i darmadağın etdiyi oyunu məhz bu qədər azarkeş izlədi. “Enfild”də premyer-liqa oyunları üçün yeni rekord müəyyənləşdi. Mütləq rekord isə hələ qırılmayıb. “Liverpul”un 1951/52 mövsümündə “Vulverhempton”la kubok oyununu stadiondan 61905 azarkeş izləyib.
Turun ulduzu
Danqo Uattara (Bornmut) – “Nottingem Forest”in darmadağınına het-triklə töhfə verdi. Uattara bəlkə də karyerasının ən yaxşı oyununu keçirdi. Afrikalı belə davam etsə, tezliklə daha güclü klubların diqqətini cəlb edə bilər.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi (yanvarın 27-də 40 yaşını tamamlaması haqda):