Salah hamıdan öndədi

20.08.2024 21:07 322
Dünya futbolu
“FourFourTwo” nəşri İngiltərə premyer-liqası tarixinin ən yaxşı cinah oyunçularının siyahısını tərtib edib.

Siyahıya “Liverpul”un formasını geyən Məhəmməd Salah başçılq edir. İkinci pilləni “Mançester Yunayted”in sabiq oyunçusu Kriştiano Ronaldo, 3-cü yeri isə Son Hın Min (Tottenhem) tutub. İlk “10-luğ”a Eden Azar (Çelsi), Sadio Mane (Sauthempton, Liverpul), Qaret Beyl (Sauthempton, Tottenhem), Rober Pires (Arsenal, Aston Villa), Rayan Giqqz (Mançester Yunayted), Riyad Mahrez (Lester, Mançester Siti) və Devid Bekhem (Mançester Yunayted) də layiq bilinib.

Qeyd edək ki, Salah “Çelsi” ilə premyer-liqada 19 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu “Liverpul”la ölkə çempionatında 350 oyuna 212 qola və 90 məhsuldar ötürməyə imza atıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul