Ronaldo rəmzi komandadan kənar qaldı

23.05.2022 20:27 538
Dünya futbolu
"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında geridə qalan mövsümün rəmzi komandasına düşməyib.

"Football-plus.az" xəbər verir ki, "WhoScored" statistika saytının tərtib etdiyi siyahıda "Liverpul"dan 6, son çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb.

Saytın versiyasına əsasən, mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Xın Min, Harri Keyn (hər ikisi "Tottenhem").