Salah bu siyahıda Ronaldonu üstələdi

20.08.2024 23:57 316
Dünya futbolu / Manşet
''FourFourTwo'' portalı premyer-liqa tarixinin ən yaxşı vingerlərinin siyahısını müəyyənləşdirib.

Siyahıya ''Liverpul''un misirli ulduzu Məhəmməd Salah başçılıq edir. İkinci pillədə iki fərqli dönəmdə ''Mançester Yunayted''də oynamış portuqaliyalı ulduz Kriştiano Ronaldo qərarlaşıb. Üçüncü pillə isə ''Tottenhem''in koreyalı ulduzu Son Hyun Minə qismət olub. İlk ''10-luq''da yer alan digər vingerlər bunlardı: Eden Azar (Çelsi), Sadio Mane (Sauthempton, Liverpul), Qaret Beyl (Sauthempton, Tottenhem), Rober Pires (Arsenal, Aston Villa), Rayan Giqqz (Mançester Yunayted), Riyad Mahrez (Lester, Mançester Siti), Devid Bekhem (Mançester Yunayted).

Qeyd edək ki, 2017-ci ildən ''Liverpul''da top qovan və 212 qolla klub tarixinin ən məhsuldar 3-cü futbolçusu statusunda olan Salah bu mövsümə də yeni rekordla başlayıb. ''İpsviç''lə qarşılaşmada fərqlənməklə Salah premyer-liqa tarixində ilk turlarda ən çox (9) qol vuran futbolçuya çevrildi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul