Futzal millimiz Xorvatiyaya qarşı

31.01.2025 10:31 209
İdman
Bu gün futzal üzrə millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Pula şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

31 yanvar
AÇ-2026, əsas mərhələ. 5-ci qrup
Xorvatiya – Azərbaycan

Hakimlər: VİKTOR BUGENKO (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)
Timekepeer: Dino Kramar (Xorvatiya)