Futzal millimiz San Marinoya qarşı

26.01.2025 17:08 274
İdman
19 yaşadək futzalçılardan ibarət millimiz bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Xatırladaq ki, U-19 ötən gün Kosovoya 4:1 hesabı ilə qalib gəlib.

Əlavə edək ki, əsas mərhələyə yalnız 1-ci pillənin sahibi vəsiqə qazanacaq.