Lixtenşteynin kapitanı sıradan çıxdı

10.11.2026 15:30 0
Ölkə futbolu
Millətlər Liqasında yığmamızın rəqibi olan Lixtenşteynin heyətində ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, kapitan Nikolas Hasler sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Vaduts"da çıxış edən 35 yaşlı yarımmüdafiəçi İsveçrə çempionatının "Sion"la oyununda zədələnib. Onun əvəzinə milliyə Manuel Mikusu dəvət olunub.

Lixtenşteyn - Azərbaycan qarşılaşması noyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.