Futzal üzrə Azərbaycan millisinin Polşa ilə oyununun hakimləri

15.02.2023 11:33 307
DÇ 2026
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin VI qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Football-plus.az, qarşılaşmanı Estoniya və Latviyadan olan referilər idarə edəcəklər.

Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Onların işinə sloveniyalı hakim-inspektor Silvo Borosak qiymət verəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi iş başında olacaq.

Qeyd edək ki, martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.