DÇ-2024: Futzal millimiz elit mərhələyə məğlubiyyətlə başladı

15.09.2023 21:38 252
İdman
Futzal üzrə millimiz bu gün DÇ-2024-ün elit mərhələsində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürüb. Matç millimiz üçün uğursuz nəticələnib. Komandamız 3:1 hesabı ilə məğlub olub. Yeganə qolumuzu Felipinyo vurub.

Qeyd edək ki, millimiz noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.