Futzal millimiz Gürcüstandan məğlub dönür

16.04.2024 22:24 159
İdman / Manşet
Futzal millimiz bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun komandası Tbilisidə Gürcüstan yığması ilə qarşılaşıv. Tibilisi İdman Sarayında keçirilən matç Bakı vaxtı ilə saat 19.00-da başlayıb.

Bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər. Yığmamız Gürcüstana 2:3 hesabı ilə uduzub.

Gürcüstan - Azərbaycan 2:1
Giorgi Ghavtadze, 22:29, İrakli Todua, 36:46 - Kənan Manafov, 28:57